image-2000x150px
image-123
image-ads_atlas
image-326042243_1316390972543254_7055731117181003806_nbackend

 AZAL yeni təyyarələr alacaq

image-728x90px

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dargövdəli “Airbus A320Neo” və genişgövdəli “Boeing 787-8 Dreamliner” təyyarələri ilə yeniləyəcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, bu günə kimi aviaşirkət üç“ Airbus A320Neo” təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.

“Airbus A320Neo” uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir.

“Airbus A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir. Aviaşirkətin donanmasının müasir 186 ekonom sinif oturacaqlı “Airbus A320Neo” təyyarələri ilə genişləndirilməsi AZAL-ın beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki