image-n1karobka_ads
image-123
image-med5backend

Azərbaycan balı niyə Avropa bazarına çıxarılmır? – VİDEO

Avropa İttifaqı ölkələrinin idxal etdiyi balın təxminən yarısı, başqa sözlə, tədarükün 46 faizi standartlara uyğun gəlmir.

Bu barədə Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzi məlumat yayıb.

Azərbaycanlı arıçılar isə deyirlər ki, əgər ölkəmizdə istehsal olunan bal Avropa bazarına çıxarsa, geniş alıcı kütləsi qazanar. Çünki, yerli məhsulumuzun keyfiyyəti olduqca yüksəkdir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə deyildi ki, Avropa İttifaqı ölkələrinə heyvan mənşəli məhsulların ixracı üçün 3 mərhələli təsdiq-qeydiyyat sistemi tətbiq olunur. Məhsulu Avropa bazarında satmaq istəyən fermerlər bu tələbləri qarşılamalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki