image-n1karobka_ads
image-123
image-63f85b5be8d3863f85b5be8d39167722069963f85b5be8d3463f85b5be8d36backend

Azərbaycan boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində yarımfinala yüksəlib.

 +92 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın 1/4 final mərhələsində hindistanlı Narenderi məğlub edib.

Dünya çempionatının mükafatçısı 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Boksçumuz yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməd finala gedən yolda özbəkistanlı Bahodir Jalolovla döyüşəcək. Görüş fevralın 25-də olacaq.

Turnirin 1/4 finalında daha iki boksçumuz qüvvəsini sınayacaq. Malik Həsənov (63,5 kq) Mujibillo Tursunovla (Özbəkistan), Zeynəb Rəhimova (54 kq) Mixaela Robleslə (Argentina) üz-üzə gələcəklər. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Monikanı (Hindistan) sınağa çəkəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki