image-2000x150px
image-123
image-ads_atlas
image-6d9513d6-aab9-48b3-a2b4-3610cb434e7a_930backend

Azərbaycan bu ilin sonunadək neft hasilatını hər ay artıracaq – FOTO

image-728x90px

 

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barrelik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaqdır.

İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov “OPEC plus”un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.

Qeyd edək ki, yeni razılaşma, “OPEC plus” ölkələri üzrə mövcud 5,8 mln. barrel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barrel azaldılmasını nəzərdə tutur.

İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki