image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-74backend

Azərbaycan gimnastları Almaniyada daha iki gümüş medal qazandılar

image-728x90px

Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnirdə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup hərəkətləri komandamız daha iki gümüş medala layiq görülüb.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, gimnastlarımız beş top və beş iplə hərəkətlərin icrasına görə ikinci olublar.

Daha əvvəl gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri gümüş medala layiq görülüblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki