image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycan İstanbul Beynəlxalq Naşirlər Görüşündə təmsil olunur – FOTOLARbackend

Azərbaycan İstanbul Beynəlxalq Naşirlər Görüşündə təmsil olunur – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, martın 9-da İstanbulda 6-cı Beynəlxalq Naşirlər Görüşü öz işinə başlayıb. Tədbirdə Azərbaycan fəxri qonaq ölkə qismində iştirak edir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Lalə Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev, akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, həmçinin “Şərq-Qərb”, “Qanun”, “Hədəf nəşrləri”, “Xan”, “Qədim qala”, “Altun”, “Parlaq imzalar”, “Alatoran”, “Ağıllı bala”, “Üçbucaq”, “Libra” nəşriyyatının nümayəndələri və Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti hazırda İstanbulda səfərdədir.

Martın 9-da ölkəmizin nümayəndə heyəti və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu əməkdaşlarının da qatıldığı açılış mərasimində Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Çap Yayım Məslək Birliyi, İstanbul Valiliyinin nümayəndələri çıxış ediblər. Bildirilib ki, 60 ölkədən 351 naşirin qatıldığı tədbir çərçivəsində çoxsaylı görüşlər, habelə Azərbaycan kitab sənayesi və ədəbiyyatı ilə bağlı müxtəlif tədbirlər keçiriləcək.
Açılış mərasiminin sonunda Türkiyə Elm Yayma Vəqfi Qəyyumlar Şurasının sədri Bilal Ərdoğan tərəfindən Azərbaycan nümayəndə heyətinə plaketlər təqdim edilib.

Tədbirin ilk günündə müxtəlif adda kitabların nümayiş olunduğu Azərbaycan stendinin və görkəmli rəssamlarımızın əsərlərinin fotolarından ibarət sərginin açılışı keçirilib. Azərbaycanın “Qanun” nəşriyyatı türk ədəbiyyatının dilimizə tərcüməsi və təbliğinə görə ilk dəfə təqdim olunan “İstanbul Müəllif Haqları Mükafatı” üzrə II yerə və pul mükafatına layiq görülüb.

Günün sonunda azərbaycanlı musiqiçilər Dərya Məmmədova, Ələddin Hacıyev, Anar Ələkbərli və Hicran Cəfərov sevilən bəstəkar mahnıları ilə qonaqların könlünü oxşayıblar.
İstanbul 6-cı Beynəlxalq Naşirlər Görüşü martın 11-dək davam edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki