image-2000x150px
image-f225ce9e-6ffa-308c-aa0d-22a61dee7050_850backend

Azərbaycan klublarının Antalya toplanışı: 27 oyun, “Qarabağ” və “Neftçi”nin uğursuzluğu 

image-728x90px

2022/2023 mövsümünün ikinci yarısına hazırlığı Türkiyədə keçirən Azərbaycan Premyer Liqasının klubları təlim-məşq toplanışını yekunlaşdırıblar.

Elita təmsilçiləri qonşu ölkədə 27 yoxlama görüşü keçiriblər.

Müxtəlif ölkələrin klubları ilə qarşılaşan Azərbaycan təmsilçiləri bunun 9-da qələbə qazanıb, 8-də heç-heçə edib, 10 dəfə isə meydanı məğlub tərk ediblər.

Antalyada toplanış keçən 10 komandadan 7-si üç yoxlama görüşündə qüvvəsini sınayıb. Aktivində 2 oyun görünən “Şamaxı”, əslində, 3 matçda meydana çıxıb. Lakin “Botoşani” (Rumıniya) ilə qarşılaşma güclü yağış səbəbindən 70-ci dəqiqədə rəqib 1:0 öndə olarkən yarımçıq dayandırılıb.

Maraqlıdır ki, ən yaxşı göstəriciyə bölgə klubları imza atıblar. “Kəpəz” üç oyunun ikisində qələbə, birində heç-heçə ilə diqqət çəkib. Gəncəlilər hətta qol da buraxmayıblar. “Turan Tovuz” isə iki qalibiyyət əldə etsə də, birində məğlubiyyətə düçar olub.

“Kəpəz”lə yanaşı, Türkiyə toplanışında uduzmayan digər komanda “Sabah”dır. Bakılılar keçirdikləri iki qarşılaşmanın birində qələbə qazanıb, birində rəqiblə sülh bağlayıblar.

Yoxlama görüşlərində adətən uğursuz nəticələr göstərən “Qarabağ” ənənəsinə sadiq qalıb. Premyer Liqanın məğlubedilməz lideri Polşa klublarına qarşı keçirdiyi hər iki oyundan məğlubiyyətlə ayrılıb.

Çempionatın digər iddialı komandası “Neftçi” də uğursuz nəticələrlə yadda qalıb. “Ağ-qaralar” üç oyundan yalnız birində heç-heçə ilə öyünə biliblər. “Neftçi” ilə yanaşı, “Səbail” və “Şamaxı” da Türkiyədə qalibiyyət üzü görməyiblər. “Şamaxı” hətta qola da həsrət qalıb.

“Qarabağ”

13 yanvar – “Rakuv” (Polşa) – 0:3

18 yanvar – “Çukariçki” (Serbiya) – 1:0

Qol: Kevin Medina, 42

18 yanvar – “Poqon” (Polşa) – 2:4

Qollar: Marko Yankoviç, 49, Abdullah Zubir, 90+4

“Sabah”

12 yanvar – “Varta” (Poznan, Polşa) – 1:1

Qol: Aleksandr Kaşuk, 42

18 yanvar – “Voyvodina” (Serbiya) – 4:2

Qollar: Davit Volkov, 3, 22, Aleksey İsayev, 46, Aleksey Kaşuk, 62

“Neftçi”

10 yanvar – “Vaşaş” (Macarıstan) – 1:1

Qol: Kenni Sayef, 24

15 yanvar – “Medz Leqnitsa” (Polşa) – 1:2

Qol: Ağadadaş Salyanski, 14

19 yanvar – “Srvena Zvezda” (Serbiya) – 0:1

“Zirə”

10 yanvar – “Çindia” (Rumıniya) – 3:2

Qollar: Coşqun Diniyev, 15 (pen.), Toni Qomes, 18, Hamidu Keyta, 75

17 yanvar – “Szeged-Csanad” (Macarıstan) – 1:3

Qol: Toni Qomes, 34

17 yanvar – “Radniçki” (Serbiya) – 0:0

“Qəbələ”

12 yanvar – “Sepsi” (Rumıniya) – 2:2

Qollar: Ülvi İsgəndərov, 7, İsnik Alimi, 66 (pen.)

14 yanvar – “Lukenvalde” (Almaniya) – 3:2

Qollar: Gülağa Əsədov, 30, Ramon Maçado 57, Felipe Santos 70

16 yanvar – “Teplitse” (Çexiya) – 1:2

Qol: Ramon Maçado, 13

“Turan Tovuz”

9 yanvar – “Petrolul” (Rumıniya) – 2:3

Qollar: Denis Marandiç, 5, Ayxan Hüseynov, 66 (pen.)

13 yanvar – “Aarau” (İsveçrə) – 1:0

Qol: Ayxan Hüseynov

17 yanvar – “Jetısu” (Qazaxıstan) – 2:0

Qollar: Ayxan Hüseynov, 20, Denis Marandiç, 44

“Şamaxı”

11 yanvar – “Kaysar” (Qazaxıstan) – 0:0

11 yanvar – “Botoşani” (Rumıniya) ilə oyun güclü yağış səbəbindən 70-ci dəqiqədə hesab 0:1 olarkən yarımçıq dayandırılıb.

18 yanvar – “Napredak” (Serbiya) – 0:1

“Sumqayıt”

12 yanvar – “Radnik” (Serbiya) – 2:1

Qollar: Süleyman Əhmədov – 2

17 yanvar – “Krılya Sovetov” (Rusiya) – 0:1

“Kəpəz”

14 yanvar – “MTK Budapeşt” (Macarıstan) – 1:0

Qol: Fərid Nəbiyev, 34

16 yanvar – “Novi Pazar” (Serbiya) – 0:0

18 yanvar – “Kaysar” (Qazaxıstan) – 3:0

Qollar: Ahmed Ayzaya, 19 (pen.), 50-ci, Mate Kvirkviya, 48 (pen.)

“Səbail”

8 yanvar – “Legiya” (Polşa) – 2:2

Qollar: Qustavo de Fransa, 5, Mirabdulla Abbasov, 83 (pen.)

12 yanvar – “Bohemians” (Çexiya) – 0:0

16 yanvar – “Spartak” (Serbiya) – 0:1

 

NKomandalarOQHMT/FX
1Kəpəz32104-07
2Turan Tovuz32015-36
3Sabah21105-34
4Qəbələ31116-64
5Zirə31114-54
6Sumqayıt21012-23
7Qarabağ31023-73
8Səbail30212-32
9Neftçi30122-41
10Şamaxı20110-11

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ