image-2000x150px
image-123
image-ads_atlas
image-1702560835_trend_genclerfondu7backend

“Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” baş tutub

image-728x90px
13 dekabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət göstərən 3 minə yaxın Azərbaycan könüllüsünü bir araya toplayan “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” həyata keçirilib.
Doğru.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutub.
Könüllülərin il ərzində göstərdikləri nəcib fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən Forum Karyera Sərgisi ilə başlayıb. Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər.
Forumun rəsmi açılışında ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətinin səsləndirilməsi ilə rəsmi açılış hissəsinə start verilib.
Forumda Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, millət vəkili, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və digər rəsmi şəxslər iştirak ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin gənclərə ünvanladığı dəyərli tövsiyələrin Azərbaycan gənclərinin və könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər, könüllülər Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olublar. Çıxışlar zamanı “Könüllülüyün inkişafında dövlət qurumlarının rolu”, “Azərbaycanda könüllülük hərəkatının dəstəklənməsi və genişlənməsi”, “Qardaş Türkiyədə təbii fəlakət zonasında könüllülərin fəaliyyəti”, “Tarixi torpaqlarımıza Böyük Qayıdışda könüllülərin rolu” və “Beynəlxalq Könüllülər Günü və qlobal çağırışlar” mövzuları ilə bağlı fikirlər bölüşülüb. Həmçinin, rəsmilər tərəfindən bildirilib ki, dövlət başçımız tərəfindən könüllülük fəaliyyətinin təşviqi üçün yaradılan geniş imkanların nəticəsi olaraq xüsusilə son illərdə ölkəmizdə bu hərəkat geniş vüsət alıb və gənclər xeyirxah əməllərin öncül iştirakçılarına çevrilərək həm dövlətimizin, həm də cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər.
Rəsmi çıxışlardan sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev tədbir iştirakçılarına İttifaqın illik fəaliyyəti barədə hesabat xarakterli məlumat verib. Qeyd edib ki, hər zaman olduğu kimi 2023-cü ildə də Prezident İlham Əliyevin könüllülüyün təşviqi və təbliği ilə bağlı müvafiq tapşırıqları və çağırışları əsas götürülərək həyata keçirilən fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu, eyni zamanda Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyətini əhatə edib. Bununla yanaşı, İttifaqın sədri “Azərbaycan Könüllüləri 2023-cü ildə” adlı Hesabat Jurnalını və videoçarxını təqdim edərək cari il ərzində baş tutan 300-ə yaxın layihədə on minlərlə gəncin iştirak etdiyini xüsusi olaraq vurğulayıb.
Forum çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə simvolik olaraq 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar.  Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən Forumun gedişatında Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Yekunda Azərbaycan Könüllülərinin Himni səsləndirilib və Forum iştirakçılarının xatirə fotosu çəkilib.
DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki