image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-12-08t223523-641backend

Azərbaycan Kuboku: “Zirə” “Neftçi”yə qalib gəldi, “Qarabağ” və “Qəbələ”dən heç-heçə – YENİLƏNİB

image-728x90px

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Turnirin son qalibi “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Azersun Arena”da baş tutan görüşdə hesabı qonaqlar açıblar. 25-ci dəqiqədə Emil Səfərov fərqlənib. Birinci hissə “Qəbələ”nin üstünlüyü ilə yekunlaşıb. 56-cı dəqiqədə hesabı bərabərləşdirən Musa Qurbanlı 84-cü dəqiqədə komandasını önə keçirib. Görüşdə son nöqtəni isə Omar Hani qoyub. İordaniyalı yarımmüdafiəçi 87-ci dəqiqədə vurduğu topla “Qəbələ”ni məğlubiyyətdən xilas edib.

Cavab matçı dekabrın 19-da baş tutacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

20:33

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Oxu.Az-ın məlumatına görə, günün ilk oyununda “Zirə” “Neftçi”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qolunu 54-cü dəqiqədə Rəhim Sadıxov vurub.

Cavab matçı dekabrın 20-də baş tutacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki