image-2000x150px
image-123
image-ads_atlas
image-b4e635f7-83e3-3da3-b90b-d015aeb49875_850-1backend

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi bəlli oldu

image-728x90px

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi bəlli olub.

Federasiyadan verilən məlumata görə, bu post Qabil Sayadova tapşırılıb.

O, ötən il noyabrın sonunda bu vəzifəyə təyin edilmiş Camal Murtuzəliyevi əvəzləyib.

Qeyd edək ki, WFKU-nun (World Full Contact Karate Union) Azərbaycanda rəsmi nümayəndəsi, Avropa Kyokuşin Karate Təşkilatının kata və kumite üzrə A kateqoriyalı referisi, beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimi Q.Sayadov, həmçinin Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olmuş, Xətai İdman Mərkəzi və Araz-Zəngilan Peşəkar İdman Klubunun təsisçisi və rəhbəridir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki