Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 ABŞ dolları, yaxud 1,21% artaraq 94,63 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.
DOĞRU.AZ