Dünya bazarında Azərbaycan neftinin qiyməti düşüb.
Doğru.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,99 dollar və ya 2,9 faiz azalaraq 67,48 dollar təşkil edib.
Qeyd olunur ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
DOĞRU.AZ