image-ads_n1karobka_mobile
image-neft-n5backend

Azərbaycan nefti yenidən ucuzlaşdı

image-add-a-heading

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Doğru.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti ötən günlə müqayisədə 0,68% və ya 0,88 dollar azalaraq 76,47 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub. 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki