image-2000x150px
image-123
image-ads_atlas
image-0d08e48b-1af5-3883-ba34-31b6ba19fd9d_850backend

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

image-728x90px

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək.

“Report”un məlumatına görə, günün ilk matçı Tovuzda olacaq. 11 xalla 6-cı sırada yer alan “Turan Tovuz” 8 xalla turnir cədvəlində özündən 1 pillə aşağıda qərarlaşan “Səbail”lə qarşılaşacaq.

Komandalar arasında yeganə qarşılaşma cari mövsümə təsadüf edib. Bölgə təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Turun digər oyununda “Zirə” “Sabah”ın qonağı olacaq. Murad Musayevin baş məşqçi olduğu meydan sahibləri hazırda 22 xalla 2-ci, Rəşad Sadıqovun rəhbərlik etdiyi qonaqlar isə 16 xalla 4-cü pillədə qərarlaşıblar.

İki komanda indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunların 7-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıb. 5 oyun heç-heçə başa çatıb. Topların nisbəti də “Sabah”ın xeyrinədir – 25:21.

Tərəflər arasındakı son 7 görüşdə ən azı 2 qol qeydə alınıb. Ardıcıl iki dəfə eyni hesabla uduzan “Zirə” son 8 oyunda meydanı qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

15 oktyabr (şənbə)

15:00. “Turan Tovuz” – “Səbail”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Babək Quliyev

Tovuz şəhər stadionu.

17:30. “Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov

Hakim-inspektor: Munis Abdullayev

“Bank Respublika Arena”.

Qeyd edək ki, turun açılış oyununda “Şamaxı” evdə “Qəbələ” ilə heç-heçə edib – 1:1. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki