image-2000x150px
image-plbackend

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

image-728x90px

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XIV turun daha iki oyunu keçiriləcək.

Hər iki matç paytaxtda baş tutacaq.

Günün ilk qarşılaşmasında “Zirə” “Səbail”i qəbul edəcək. Meydan sahibləri 19 xalla beşinci, qonaqlar 10 xalla 7-ci pillədə qərarlaşıblar. Komandalar indiyədək Premyer Liqada 20 dəfə üz-üzə gəliblər. Bunların 13-də “qartallar”, 3-də “dənizçilər” qələbə qazanıblar. Topların nisbətində də “Zirə”nin aşkar üstünlüyü var – 29:12.

Günün ikinci matçında “Neftçi” “Qəbələ” ilə üz-üzə gələcək. “Ağ-qaralar” 26 xalla üçüncü, Qəbələ təmsilçisi 20 xalla dördüncü yerdədir. Tərəflər ölkə çempionatlarında 56 dəfə qarşılaşıblar. Bunların 26-da paytaxt klubu, 17-də qonaqlar meydanı üç xalla tərk ediblər. Topların nisbətində də “Neftçi” öndədir – 84:67.

Azərbaycan Premyer Liqası, XIV tur
12 noyabr (şənbə)

16:00. “Zirə” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu.

18:30. “Neftçi” – “Qəbələ”

Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Bakcell Arena”.

Qeyd edək ki, turun noyabrın 11-də baş tutan ilk görüşündə “Şamaxı” “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub edib. Turun “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki