image-ads_n1karobka_mobile
image-0cdf8a79-dc88-3d0a-990d-4276130df75c_850backend

Azərbaycan Premyer Liqası: Bu gün təxirə salınmış oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçiriləcək.

12 oyundan sonra 36 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” 15 xalla 6-cı pillədə yer alan “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionundakı qarşılaşma saat 14:30-da başlayacaq.

Görüşün baş hakimi Tural Qurbanov olacaq.

Azərbaycan Premyer Liqası

III turdan təxirə salınmış oyun

9 noyabr (çərşənbə)

14:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
Tovuz şəhər stadionu.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki