image-2000x150px
image-123
image-ads_atlas
image-7c87dcd8b17859cd52c829b2324a8699backend

Azərbaycan Prezidentinin köməkçisi: “Biz minaları təmizləyirik, erməni tərəfi mina basdırır”

image-728x90px

“Azərbaycan minalardan əziyyət çəkən ölkədir. Biz bilirik ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istifadəsini qadağan edir və biz bu Konvensiya barədə ciddi düşünürük”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

H. Hacıyev bildirib ki, biz Cənubi Qafqazın minalardan təmiz region olmasını çox istəyirik: “Ancaq biz Ermənistan tərəfinin də Konvensiyaya qoşulmasını, bu addımı atmasını görmək istəyirik, bu məsələdə birtərəfli addım atılmamalıdır. Biz minaları təmizləyirik, digər tərəf mina basdırır. Kiçik ərazilərdə minlərlə mina aşkar olunur.

Biz digər ölkələri də Ermənistanı təşviq etməyə və ya ona təzyiq etməyə çağırırıq ki, bu ölkə regionda mina yayma siyasətini dayandırsın”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki