image-2000x150px
image-123
image-ads_atlas
image-8dbbcdda-08e8-347f-8154-4f608ccb729d_850backend

Azərbaycan xilasedicilərinin bir qrupu Türkiyədən Vətənə yola salınıb – YENİLƏNİB + FOTO

image-728x90px

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə heyətindən 238 nəfəri Bakıya yola salınıb.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev agentliyə açıqlamasında bildirib ki, zəlzələdən dərhal sonra Azərbaycan Prezidentinin göstərişi ilə 760 nəfərdən ibarət xilasetmə qrupu yaradılıb.

Onun sözlərinə görə, zəlzələnin ilk günündən etibarən azərbaycanlı xilasedicilər üç növbəli şəkildə işlərini davam etdiriblər:

“Axtarış-xilasetmə işləri çərçivəsində qruplarımız 17-si uşaq olmaqla 53 nəfəri dağıntılar altından sağ çıxarıb, 174-ü uşaq olmaqla 755 meyit tapıblar. Bundan başqa, Kahramanmaraşda iki səhra xəstəxanamız var, 2 mindən çox insan orada müalicə olundu. Bura gələrkən qarşılaşdığımız mənzərə dəhşətli idi. Türkiyə xalqı qəhrəman xalqdır”.

 

 

14:05

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə bu ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bir hissəsi Azərbaycana qayıdır.

Bu barədə   Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qurumdan qeyd edilib ki, nazirliyin çevik xilasetmə dəstəsinin bir qisminin yaxın saatlarda ölkəmizə qayıtması gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət çevik xilasedici qüvvələri oraya yollanıb.

Eyni zamanda, Azərbaycan tərəfindən Türkiyə humanitar yardımlar da göndərilib.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki