image-2000x150px
image-db2315dc-efff-3d55-a9a9-c4311b2eecb3_850backend

Azərbaycan xizəkçiləri Dünya Kubokunda iştirak edəcəklər

image-728x90px

Azərbaycanı xizək alpinizmi üzrə təmsil edən idmançılar yanvarın 21-də Andorrada start götürəcək Dünya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, iki gün davam edəcək yarışa hazırlıq məqsədilə idmançılar yanvarın 18-də qurumun və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə sözügedən ölkədə təşkil olunan təlim-məşq toplanışına yola düşüblər.

Onlar Dünya Kubokunda şaquli yürüş növü üzrə çıxış edərək birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, xizək alpinizmi üzrə yarışlara qatılan idmançılar Azərbaycandakı hazırlıq prosesini federasiya tərəfindən dəvət olunan əcnəbi mütəxəssislərin rəhbərliyi altında “Şahdağ” Turizm Mərkəzinin və “Sport System” şirkətinin dəstəyi ilə keçiblər.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ