image-2000x150px
image-123
image-ads_atlas
image-g1backend

Azərbaycanda 70 min manata gəmi satılıb 

image-728x90px

Azərbaycanda 70 min manata gəmi satılıb.

Trend-in məlumatına görə, gəmi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə məxsus olub.

İstehsal tarixi 1985-ci il olan “Şəfəq” gəmisi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 70.000 manata özəlləşdirilib.

Gəminin uzun müddət istismarsız olması, sərt dəniz mühitinin təsiri, xidmət edən mexanizmlərin aşınmaya məruz qalması, hazırkı texniki vəziyyətinin Beynəlxalq Dəniz Təşkilatının (İMO) tələblərinə uyğun gəlməməsi səbəbindən göstərilən qüsurların bərpasına və gəminin əsaslı təmirinə həddən artıq maliyyə vəsaiti tələb olunur.

 

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki