image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Azərbaycanda daha 77 nəfər COVID-19-a yoluxub – FOTO

image-728x90px

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 822 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 580 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 166, bu günə qədər isə ümumilikdə 7 271 311 test icra olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki