image-n1karobka_ads
image-123
image-17574814603401522863_1200x630backend

Azərbaycanda hava kəskin dəyişəcək – Nazirlik əhaliyə müraciət etdi

image-ad_qayo_720x110px

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq həftəsonunadək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, leysan xarakterli intensiv yağışların yağacağı, bəzi dağ çaylarında qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı gözlənilir.

Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi bununla bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

Nazirlik güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və hündür ağaclardan uzaq dayanmağı, eləcə də yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi vacib sayır.

Leysan yağışların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün isə riskli ərazilərdən uzaq durmaq, təhlükə yaranarsa dərhal yüksəkliyə qalxmaq tövsiyə olunub.

Həmçinin ildırım təhlükəsinə qarşı elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, açıq havada yüksək obyektlərdən kənarda qalınması, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələrin qaldırılması bildirilib.

“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki