image-2000x150px
image-123
image-ads_atlas
image-main-photobackend

Azərbaycanda “Huawei Günü 2022” – FOTO

image-728x90px

Oktyabrın 25-də Bakıda “İnkişafdan həzz alın, birlikdə qazanın” mövzusuna həsr olunan “Huawei Günü 2022” keçirildi. İKT sahəsində yerli və qlobal tendensiyalar, bazarda tərəfdaş biznesin inkişaf perspektivləri, o cümlədən yeni texnoloji həllər və məhsullar “Huawei” şirkətinin ekspertləri, tərəfdaşları və müştəriləri tərəfindən müzakirə olunub.

Tədbirdə çıxış edən “Huawei” şirkətinin Azərbaycan üzrə baş meneceri David Syu bildirib ki, “Huawei” 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. İKT sənayesində lider olaraq, “Huawei” məlumatların saxlanması və ötürülməsi sistemləri kimi geniş çeşidli qabaqcıl həlləri, transfer sistemləri, o cümlədən rəqəmsal enerji və bulud texnologiyaları təklif edir. Məhsullarımız və həllərimiz əsas fərqləndiricilərimizdir. “Huawei” uzun müddətdir ki, Azərbaycandakı tərəfdaşları ilə inkişaf edir. Məqsədimiz bütün sənayelər üzrə müştərilər üçün rəqəmsal xidmət transformasiyasına təkan verməkdir. İnanırıq ki, tərəfdaşlarımızla müştərilərimizə sürətlə dəyişən dünyada uğur qazanmağa və sənayelər arasında yeni dəyərlər yaratmağa kömək edə bilərik”.

Baş menecer David Syu, “Huawei Azerbaijan”, 

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadiyyat və Ticarət müşaviri Ma Çi Azərbaycanda “Huawei Günü 2022”nin uğurla həyata keçirilməsi münasibətilə təbriklərini çatdırıb və qeyd edib ki, “2004-cü ildə Azərbaycan bazarına daxil olandan bəri, “Huawei” hər zaman istifadəçi tələblərinə əməl edib. Qabaqcıl texnologiyalar, etibarlı məhsullar, mükəmməl həllər və yüksək keyfiyyətli xidmətlərlə, “Huawei” Azərbaycanda telekommunikasiya və rəqəmsal sənayenin inkişafına kömək göstərərək, müvafiq sahələrdə insan resurslarının yetişdirilməsinə dəstək verib.

Azərbaycandakı digər dövlət idarələri və müəssisələri “Huawei” haqqında daha çox öyrənə, əməkdaşlığı müzakirə edə və Azərbaycanın informasiya və kommunikasiya infrastrukturunu birgə təkmilləşdirə, neft və qaz, təhsil, kənd təsərrüfatı, maliyyə və fotovoltaik (PV), yeni enerji vasitələri, milli məlumat mərkəzləri və ağıllı şəhərlər kimi sahələrdə rəqəmsal transformasiya və təkmilləşdirməni gücləndirə bilər. İnanırıq ki, “Huawei” və Azərbaycanın tərəfdaşları və müştərilərinin birgə səyləri nəticəsində Çin-Azərbaycan elm və texnologiya sahəsində əməkdaşlığı ikitərəfli strateji əməkdaşlıq üçün yeni artım nöqtəsinə çevriləcək”.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadiyyatı və Ticarət müşaviri Ma Çi

“Huawei Eurasia” tərəfdaş biznesinin direktoru Vanq Eryonq vurğuladı ki, “Huawei” tərəfdaşlara konsultasiya xidmətləri, hərtərəfli texniki dəstək, ən yaxşı inteqrasiya üstünlükləri ilə başa çatan həllər və nümayiş imkanlarından, təlim platformalarından, tərəfdaş portallarından, icmadan istifadə imkanları, resursları və marketinq fondları təqdim edir.

“Huawei Eurasia”, Tərəfdaş biznesin inkişafı departamentinin direktoru Vanq Eryonq

Azərbaycanda keçirilmiş “Huawei Day 2022” sərgisinin digər əsas məruzəçiləri “Marvel Azərbaycan”ın Biznesin İnkişafı Meneceri Zarina Hacıyeva, “Code Academy”nin direktoru Ülvi Aslanov və Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi departamentinin rəhbəri Nailə Allahverdiyeva Azərbaycanda ekosistem quruculuğunun vacibliyini vurğulayıblar.

Korporativ Biznes Qrupu haqqında

“Huawei” Korporativ Biznes Qrupu hər bir təşkilata, o cümlədən hökumət və dövlət sektoru, maliyyə xidmətləri, enerji, nəqliyyat, istehsal və digər sektorlar daxil olmaqla, tam əlaqəli, intellektual dünya üçün rəqəmsal texnologiya gətirmək öhdəliyi götürür. “Huawei” diqqətini İKT infrastrukturuna yönəldib və geniş çeşiddə məhsul və həllər təklif edərək bulud hesablamaları, geniş datalar, əlaqə, Əşyaların İnterneti (IoT) və süni intellektdə (AI) texnologiya imkanlarından istifadə edib. “Huawei” öz ekosistem tərəfdaşları ilə simbiotik əlaqələr qurmağı və ümumi uğur əldə etməyi hədəfləyir. Bu məqsədə nail olmaq üçün biz İKT platformalarımızı, qlobal marketinq platformalarımızı, təlim və xidmət platformalarımızı tərəfdaşlarımıza açmaq üçün bütün səylərimizi sərf etmişik və bazarda uğuru təmin etmək üçün birlikdə çalışmışıq. Biz, həmçinin sənaye standartlarının inkişafını və rəqəmsal texnologiyaların qəbulunu təşviq etmək üçün çalışmışıq. Bu tədbirlər vasitəsilə biz müştərilər üçün birgə dəyər yaratmağa, sənayeləri inkişaf etdirməyə və davamlı inkişafa nail olmağa çalışırıq. Hazırda “Fortune Globe 500” siyahısından 267 şəhər və dünya üzrə ümumilikdə 700-dən çox şəhər rəqəmsal transformasiya tərəfdaşı kimi “Huawei” seçdi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki