image-2000x150px
image-123
image-ads_atlas
image-92567backend

Azərbaycanda kiçik müəssisələrin inkişaf etdirilməsi üçün Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası

image-728x90px

Avropa İttifaqı, Beynəlxalq Ticarət Mərkəzi və AZPROMO Bakıda Şərq Tərəfdaşlığı Ticarət Yardım Masası platformasının Azərbaycan versiyasını istifadəyə verib.

(Bakı) Avropa İttifaqı (Aİ) və Beynəlxalq Ticarət Mərkəzi (BTM) Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AzPromo) ilə birgə Azərbaycanın biznes ictimaiyyəti üçün Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasını istifadəyə verib.

Aİ, növbəti beş il ərzində 94 milyon avro dəyərində potensial ixrac artımı ilə Azərbaycanın aparıcı ticarət tərəfdaşı, həmçinin ən böyük ixrac və idxal bazarıdır.

ŞT Ticarət Yardım Masası platformasının (eap.tradehelpdesk.org/az), yeni istifadəyə verilmiş Azərbaycan versiyası vasitəsilə, dövlət və özəl subyektlər ŞT regionu ölkələri və Aİ ilə ticarətin artmasına töhfə verə biləcək istifadəçi dostu ticarət kəşfiyyatına çıxış əldə edə bilərlər.

Platforma üç mərhələ vasitəsilə istifadəçiləri təlimatlandırır:

  1. ŞT regionunda və Aİ-də ticarət üçün ən perspektivli bazarların və məhsulların müəyyən edilməsi.
  2. Bazara giriş şərtləri haqqında yığcam məlumatın verilməsi, həmçinin onların öz ölkələrində və ya hədəf bazarında müvafiq tərəfdaşlarla əlaqələndirilməsi.
  3. Platformaya inteqrasiya olunmuş Yardım Mərkəzi vasitəsilə istifadəçilərə öz şikayətlərini bildirmək, həmçinin Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AzPromo) əlaqələndirdiyi milli ekspertlər şəbəkəsindən dəstək almaq imkanı vermək.

Azərbaycan hökuməti və biznesə dəstək təşkilatlarının rəsmiləri üçün bir həftəlik geniş təlimlər bu istifadəni tamamlayır. Bu təlim onlara Azərbaycan Respublikası üzrə biznes iqtisadiyyatında bütün müəssisələrin ən yüksək faizini təşkil edən kiçik müəssisələrə xidmət edən yeni ticarət portfellərini inkişaf etdirməyə imkan verəcək.

 Sitatlar

‘’Biz Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının işə salınmasını alqışlayırıq. EaP Trade Helpdesk platformasından istifadə Azərbaycanın istifadə olunmamış ixrac potensialının açılmasında mühüm rol oynayır. Bu, siyasətçilərə və bizneslərə, o cümlədən KOM-lara Aİ və Azərbaycan arasında güclü tərəfdaşlıq çərçivəsində ŞT regionunda və Aİ-də ticarət üçün yeni bazarları və məhsulları düzgün planlaşdırmağa və müəyyən etməyə kömək edəcək.’’ Crtomir-Peter Fisinger, Müvəqqəti işlər vəkili, Aİ-nin Azərbaycandakı nümayəndəliyi 

‘’EaP Trade Helpdesk platformasının işə salınması Azərbaycan ixracatçılarına istifadə olunmamış ixrac potensialını həyata keçirmək üçün əlavə və çox təsirli alət verəcək. Bu, həmçinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”, eləcə də “2022-2026-cı illərdə Azərbaycan Respublikasının qeyri-neft məhsullarının İxrac Strategiyası” ilə müəyyən edilmiş müxtəlif tədbirlərin uğurla həyata keçirilməsində ilk addım olacaq.’’ Tural Hajili, Azpromo-nun Icraçı Direktorunun Müşaviri 

‘’Aİ ŞT ilə birlikdə Azərbaycan ticarətinin 37%-dən çoxunu təşkil edir. Lakin bu ticarət nisbətən cəmləşmişdir – həm məhsullar, həm də təyinatlar baxımından, AB-nin və digər ŞT ölkələrinin əksəriyyətində diversifikasiya üçün araşdırılmamış imkanlar yaradır. Növbəti beş il ərzində istifadə olunmamış bu imkanları araşdırmaqla Azərbaycanın Aİ ilə ticarəti ikiqat arta və əlavə 94 milyon avro əldə edə bilər.’’ Paul Kelly, Ticarət Məlumatı üzrə baş mütəxəssis, Beynəlxalq Ticarət Mərkəzi – BTM

 Məlumat

ŞT Ticarət Yardım platforması ixrac edilən, həm təsis edilmiş, həm də az tanınan məhsullar üçün yeni bazar imkanları barədə məlumatı təqdim edir; bu məlumat təkcə ŞT-a deyil, Aİ-a da təqdim edilir.

Aİ ilə ticarət ölkənin ümumi ticarətinin təxminən 37%-ni təşkil edir, lakin hələ də istifadə olunmamış bir sıra ixrac imkanları mövcuddur. Məsələn, Azərbaycanın tərəvəz və meyvə sektorları 2026-cı ilə qədər Almaniya, Yunanıstan, İtaliya və Rumıniya bazarları da daxil olmaqla, bu bazarlar üzrə müvafiq olaraq 15 milyon avro və 23 milyon avrodan çox ən yüksək inkişaf potensialına malikdir. Kimya sektoru 2026-cı ilə qədər ixracını iki dəfə artıra bilər, bununla yanaşı həmin Aİ bazarları ən yaxşı imkanları təmin edir.

Platformada mövcud və yeni müəyyən edilmiş bazarlar üzrə bazar tələbləri barəsində təfsilatlı məlumat mövcuddur, burada məlumat mənbələri təqdim edilir və yaranan məsələlərin Yardım Mərkəzi vasitəsilə texniki ekspertlərin milli şəbəkəsinə təqdim edilməsinə imkan verir. Layihə 2024-cü ilə qədər fəaliyyət göstərəcəkdir. Platforma istifadəyə verildikdən sonra, BTM Azərbaycan şirkətləri ilə onların biznes mühiti barədə sorğu keçirəcək və xidmət sənayesi barədə məlumatlarının toplanmasının təkmilləşdirilməsi istiqamətində çalışacaq.

Layihə ilə bağlı əlavə məlumat almaq üçün əlaqədar şəxs

Maria Sokolova

Koordinator

Beynəlxalq Ticarət Mərkəzi

Mail: [email protected]

Tel: + 41 22 737 951

BTM haqqında – Beynəlxalq Ticarət Mərkəzi Ümumdünya Ticarət TəşkilatıBirləşmiş Millətlər Təşkilatının birgə agentliyidir. BTM inkişaf etməkdə olan və keçid iqtisadiyyatında olan kiçik və orta müəssisələrə qlobal bazarlarda daha rəqabətli olmağa kömək edir, həmçinin bununla da, Ticarətə Yardım gündəliyi və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində davamlı iqtisadi inkişafa töhfə verir.

 EU4Business haqqında – EU4Business, Şərq Tərəfdaşlığı ölkələri – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukraynada kiçik və orta müəssisələr (KOB) üzrə

Aİ-nin bütün dəstəyini özündə birləşdirən çətir təşəbbüsdür. EU4Business maliyyə və biznesin inkişafı xidmətlərinin əldə edilməsini təkmilləşdirməklə, həmçinin biznesin daha yaxşı tənzimlənməsini təbliğ etməklə KOM-ların inkişafını dəstəkləyir.

2020-ci ildə EU4Business-in təşəbbüsü ilə 71851 KOM-a dəstək göstərilmiş, əlavə 1 milyard avro gəlir əldə edilmiş və 50466 yeni iş yeri açılmışdır, bunun nəticəsində dövriyyə həcmi 17,44%, ixrac isə 4,11% artmışdır.

Daha çox məlumat əldə etmək üçün: https://eu4business.eu/

 Access2Markets haqqında – qeyd edilən Aİ internet portalı, bazara giriş haqqında məlumat bazasını, Aİ Ticarət Yardım Masası və digər ticarətə yardım xidmətlərini özündə əks etdirir. Access2Markets qurğular üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatları, akvakultura məhsulları üçün sağlamlıq sertifikatları və ya emal olunmuş qida məhsulları üçün etiketləmə ilə bağlı bütün zəruri məlumatlara malikdir. Access2Markets-də Aİ ölkələrinin, həmçinin xarici gömrük və digər dövlət orqanlarının əlaqə məlumatları vardır. Daha çox məlumat əldə etmək üçün: https://trade.ec.europa.eu/access-to-markets/en/home

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki