image-n1karobka_ads
image-123
image-t50gzayzfwlkzcdq4xt7dj4opcj3xl930rnjtog0_640backend

Azərbaycanda məktəb direktoru qəfil vəfat etdi

Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru vəfat edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Bildirilib ki, məktəbin direktoru Avtandil Abuş oğlu Novruzov qəfil dünyasını dəyişib.

Yaxınlarının verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü direktorun ciddi xəstəliyi olmayıb. A.Novruzov axşam saatlarında qəfil vəfat edib.

Qeyd edək ki, əslən Qubadlı rayonundan olan A.Novruzov eyni zamanda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki