image-n1karobka_ads
image-123
image-images-1backend

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

image-ad_qayo_720x110px

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yağıntılar aprelin 2-si gündüz qərb rayonlarından başlayaraq kəsilib, aprelin 3-də isə səhərədək şərq rayonlarında davam edib, dağlıq rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü Qrızda 20 sm, Lerikdə 4 sm olub.

Son sutka ərzində düşən yağıntının miqdarı Göygöl, Sabirabad, Qrızda 4 mm, Şahdağ, Xaltanda 3 mm, Yardımlı, Lerik, Qobustan, Ağsu, Balakən, Zaqatala, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Şabran, Göyçay, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Göytəpədə 2 mm-dək, Maştağada 15 mm (aylıq normanın 61%-i), Binədə 14 mm (aylıq normanın 61%-i), Pirallahıda 6 mm, Neft Daşlarında 3 mm, Bakıda 2 mm, Çilov adası, Ələtdə 1 mm-dək olub.

Qərb küləyi arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Qrız, Altıağacda 16 m/s, Göygöldə 15 m/s-dək güclənib.

Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Biləsuvar, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-800 metrədək məhdudlaşıb.

Aprelin 2-də Bakıda iqlim normasından 2,2 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvanda 0-5 dərəcə isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta, aran rayonlarında 4-7 dərəcə isti olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki