image-2000x150px
image-123
image-ads_atlas
image-642fb7401d83d642fb7401d83e16808487042825a7cf62184de1d1a947339d302a52backend

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

image-728x90px

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb. Proses radar sistemləri ilə müşahidə edilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Qrızda 2 sm olub.

Yağan yağıntının miqdarı Qaxda 37 mm (aylıq normanın 29%-i), Mingəçevirdə 33 mm (aylıq normanın 96%-i), Şəkidə 22 mm (aylıq normanın 24%-i), Ağdamda 20 mm (aylıq normanın 41%-i), digər rayonlarda düşən yağıntının miqdarı 5-11 mm olub.

Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 mm, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki