image-2000x150px
image-f5dd1f4e-4808-3b64-a1df-12a488334166_850backend

Azərbaycanda qiymət fərqi üzrə yığım proqnozu 18 % artırılır

image-728x90px

Azərbaycan hökuməti gələn il ölkədə istehsal edilən, qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərq üzrə yığımların 112 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

 

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,9 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki