image-n1karobka_ads
image-123
image-hava4backend

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

image-ad_qayo_720x110px

Azərbaycanda oktyabrın 20-də gözlənilən hava açıqlanıb.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutulmuş, əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu:

Gecə: 14-17° isti

Gündüz: 20-24° isti

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış, şimşək, bəzi yerlərdə qısamüddətli leysan və dolu ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək.

Rayonlarda temperatur:

Gecə: 11-16°

Gündüz: 20-25°

DOĞRU.AZ

Dağlarda gecə: 2-7°, gündüz: 8-13° isti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki