image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-27t192046-259backend

Azərbaycanda sahibkarlara “İxrac subsidiyası” verilə bilər?

image-728x90px

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara ixrac subsidiyasının verilməsinin tərəfdarıdır.

Bunu KOBİA-nın Biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda iş adamlarının suallarını cavablandırarkən bildirib.

N.Heydərov əlavə edib ki, KOBİA bu sahədə sahibkarlara dəstək göstərə bilər:

“Gələcəkdə bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumları ilə birlikdə ixrac subsidiyasının yaradılması ilə bağlı nəsə etmək olar”.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı isə bildirib ki, Azərbaycanda oxşar model tətbiq edilir:

“Hazırda bizdə oxşar model var, amma biz onu subsidiya adlandırmırıq. “İxrac Təşviqi” mexanizmi vasitəsi ilə məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin 3-6 %-i dövlət büdcəsindən ixracatçıya geri ödənilir.

AZPROMO-nun nizamnaməsinə əsasən biz “ixrac təşviqi” mexanizmi ilə bağlı təklifləri təqdim edə bilərik, amma ticarət siyasəti İqtisadiyyat Nazirliyinin mandatında olduğu üçün onlar təklifləri irəli sürə bilərlər.

Biz dünya təcrübəsini öyrənmişik və beynəlxalq təcrübə də dövlətin ixracatçının bütün xərclərinə dəstək göstərməsinə yaxşı baxmır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki