image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniyabackend

Azərbaycanda su itkisinin qarşısı necə alınacaq? – VİDEO

image-728x90px

Azərbaycanda istifadə olunan suyun böyük bir hissəsi təsərrüfata sərf olunur.

Bunu Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Onun sözlərinə ölkə ərazisinə daxil olan su, paytaxta çatana qədər, demək olar ki, yox olur.

Sadiq Qurbanov qeyd edib ki, kənd təsərrüfatında su itkisinin böyük olmasına səbəb suvarmada tətbiq edilən selləmə üsuludur.

Onun sözlərinə görə, fermerlər tədricən müasir suvarma sisteminə keçid etməyə başlayıblar. Problemin qarşısını almaq üçün müxtəlif layihələr icra olunub və proses davam edir.

Millət vəkili əlavə edib ki, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişiklikləri sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki