image-n1karobka_ads
image-123
image-17206084842957915555_1200x630backend

Azərbaycanda taxıl biçininin yekun mərhələsi başlayıb – FOTO

Respublikada taxıl biçini prosesinin yekun mərhələsi başlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahından Doğru.az-a verilən məlumatına görə, iyunun 10-dək ölkə üzrə taxıl zəmilərinin 77,2 faizində biçin tam başa çatıb. Sahələrdən 2 468 767 ton məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/hektar təşkil edir.

Hazırda əsas biçin prosesi buğda sahələrində gedir. Bu günədək ölkə üzrə buğda sahələrinin 66,1 faizində biçin aparılıb. Biçin başa çatmış 387 min 613 hektar sahədən 1 307 992 ton buğda yığılıb. Hazırda buğda üzrə orta məhsuldarlıq 33,7 sentner təşkil edir.

Arpa sahələrində də biçin prosesi tam yekunlaşmaq üzrədir. Hazırda yalnız yüksək dağlıq ərazilərdə yerləşən əkin sahələrində arpa biçini aparılır. Arpa üzrə orta məhsuldarlıq 29,5 sentnerə çatıb.

Biçin prosesində 1607 kombayn iştirak edir. Bunlardan 556 kombayn “Aqroservis” ASC-nin, 1051 kombayn isə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan texnikalardır. Hazırda aktiv biçin Cəlilabad, Füzuli, İsmayıllı, Şəki və Tovuz, Qusar rayonlarında aparıldığından bu rayonlara dislokasiya edilmiş kombaynların ümumi sayı 738-ə çatıb.

Biçin prosesinin optimal müddətdə başa çatması gözlənilir.

DOĞRU.AZ

image-17206084842770663156_1200x630 image-17206084845205360185_1200x630 image-17206084844693517875_1200x630 image-17206084841048851553_1200x630 image-1720608484572013784_1200x630 image-17206084841801311051_1200x630 image-1720608484614859016_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki