image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycanda üç xüsusi təyinatlı hərbi kollec yaradılırbackend

Azərbaycanda üç xüsusi təyinatlı hərbi kollec yaradılır

image-728x90px

Prezident İlham Əliyev Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. 

Bununla bağlı President.az xəbər verib.

Sərəncama əsasən, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

2024-2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 manat məbləğində birdəfəlik ödəmə təsis edilməlidir.

2024-2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində aşağıdakı aylıq ödəmələr təsis edilir:

Ali təhsil müəssisəsi üzrə:

1. 150 manat məbləğində təqaüd;

2. 200  manat məbləğində ailə üzvlərinə maddi yardım;

3. 200 manat məbləğində hesabda yığılan ödəniş;

Hərbi kolleclər üzrə:

1. 100 manat məbləğində təqaüd;

2. 200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

3. 150 manat məbləğində hesabda yığılan ödəniş;

Hərbi liseylər üzrə:

1. 50 manat məbləğində təqaüd;

2. 100 manat məbləğində ailə üzvlərinə maddi yardım;

3. 100 manat məbləğində hesabda yığılan ödəniş.

2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki