image-n1karobka_ads
image-123
Azərbaycanda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi hazırlanacaq. VİDEObackend

Azərbaycanda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi hazırlanacaq. VİDEO

image-ad_qayo_720x110px

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan muzey kompleksidir. Muzey daha çox xalqımızın qəhrəmanlıq tarixini özündə əks etdirən konsepsiya üzrə hazırlanıb.

Doğru.az xəbər verir ki, muzeyin konsepsiyasında əsas istiqamət göstərilən şücaəti milli və daha müasir üslubda nümayiş etdirməkdir. Təqdim edilən muzeyin konsepsiyası ənənəvi milli İslam memarlığına əsaslanaraq müasir şərq üslubunda harmoniya təşkil etməsidir. Eyni zamanda layihədə ordumuzun yüksək sıldırım dağlardan aşmalarından və döyüşkənlik əzmindən ilhamlanaraq həm dağları xatırladan, həm də milli, muasir memarlıq üslubunda muzeyin konsepsiyasında özündə əks etdirir. Muzey iki hissədən ibarətdir.

Birinci pavilyonda şəhidlərimizin ölməz ruhları xatırlanır.Onlar haqqında məlumat lövhələri yerləşdirilib.İkinci pavilyonda isə mənfur düşmənlərimiz tərəfindən dağıdılan şəhərlərdən foto və ekspanatların nümayişi nəzərdə tutulub.Açıq hava altında isə hərbi döyüş texnikalarının nümayiş etdirilməsi nəzərdə tutulub. Pavilyonun panellərinin qızıl rəngi yalnız parlaq bir gələcəyi simvolizə etmir, onun günəş şüaları günəşin hərəkət istiqamətinə uyğun binanın qeyri-adi forma alması, görünüşü isə günün müəyyən saatlarında günəş şüalarının düşməsi ilə dəyişir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki