image-n1karobka_ads
image-123
image-9f27df2e-7ef8-3eba-9c29-e1e365cb8545_850backend

Azərbaycandakı universitetlərdə 15 mindən çox professor-müəllim heyəti var

Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində professor-müəllim heyətinin sayı açıqlanıb.

Doğru.az -ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuəsində məlumat yer alıb.

Belə ki, 2023-2024-cü illəri əhatə edən tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycan universitetlərində 15 min 807 professor-müəllim heyəti fəaliyyət göstərib.

Onlardan 1262 nəfər elmlər, 5 min 891 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi olanlardır. Bundan başqa, 1043 nəfərin professor, 3 min 889 nəfərin isə dosent elmi adı var.

Həmin heyətin tərkibindəki qadın müəlllimlərin sayı 9 min 272 nəfərdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki