image-2000x150px
image-123
image-ads_atlas
image-a4fbd5f8-6b6d-3966-8b88-f3307244c66d_850backend

Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə pnevmatik silahdan atəş açıldığı təsdiqlənib

image-728x90px

“ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın Vaşinqtondakı səfirliyində dəvət olunub. Diplomatik korpusun təhlükəsizlik kameraları izlənilib. Səfirliyinin xidməti avtomobilinə pnevmatik odlu silahdan (BB Gun) atəş açıldığı təsdiqlənib və araşdırma davam edir”.

Bunu  açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev deyib.

Diplomat bildirib ki, hadisə oktyabrın 10-dan 11-nə keçən ABŞ vaxtilə gecə saat 00:16-da baş verib və xoşbəxtlikdən xidməti avtomobildə heç kim olmayıb: “Xidməti zərurətlə əlaqədar səfirliyin əməkdaşları səfirlik binasına gəliblər. Binanın içinə daxil olduqdan bir neçə dəqiqə sonra əməkdaşlarımız silah səsi eşidiblər və dərhal çölə çıxanda maşının şüşəsinin qırıldığını aşkar ediblər. Diplomatlarımız dərhal tədbirlər görməyə başlayıb və xüsusi xidmət orqanlarının əməkdaşlarını hadisə yerinə çağırıb. Onlar təhlükəsizlik kameralarını izləyiblər və dəlilləri götürüblər. Hadisə yerində mərmi aşkar edilməyib və məlum olub ki, xidməti avtomobilə pnevmatik odlu silahdan atəş açılıb”.

T.Əliyev deyib ki, videogörüntülərdə hadisəni törədən şəxsin səfirliyin önünə yaxınlaşan bir avtomobilin sürücüsü olduğu müəyyən olunub: “Videogörüntülərdə hava çox qaranlıq olduğu üçün hadisəni törədən şəxsin və şəxslərin üzü tam görünmür. Hələ ki bu mənfur cinayətin ermənilər tərəfindən törədilməsini əsas gətirən bir dəlil yoxdur. Onların son vaxtlar səfirlik binasını hədəf almasından yola çıxaraq bu hadisənin radikal ermənilər tərəfindən törədildiyini istisna etmirik”.

Diplomat bildirib ki, baş verənlər barəsində ABŞ Dövlət Departamentinə də məlumat verilib: “Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinə və ABŞ Dövlət Təhlükəsizlik Xidmətinə məlumatlar verilib. Bizim tərəfimizdən bütün lazımı materiallar, kamera görüntüləri müvafiq qurumlara təqdim olunub və tədqiqat işinin açılması və nəticəsi barəsində səfirliyin məlumatlandırılması istənilib. Onlar da, öz növbəsində, baş verənlərdən dərin narahatlıq keçirdiklərini dilə gətiriblər. Bundan başqa, müvafiq qurumlardan səfirlik binasının təhlükəsizliyinin təmin olunması tələb olunub. Ancaq, təəssüf ki, bununla bağlı hələ ki heç bir tədbir görülməyib. Tədqiqat işləri davam edir və nəticələr barədə ictimayyətə məlumat veriləcək”.

Qeyd edək ki, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki