image-n1karobka_ads
image-123
image-img-20250827-wa0105backend

Azərbaycanın Çində daimi turizm nümayəndəliyi açılacaq – FOTO

image-ad_qayo_720x110px

Gələn il Çində Azərbaycan Turizm Bürosunun daimi nümayəndəliyinin açılması planlaşdırılır.

Doğru.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “China Ready” proqramının təqdimat tədbirində deyib.

O bildirib ki, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı turizm sahəsinə də təsir edir. Bu ilin aprelində Pekində imzalanan vizadan qarşılıqlı azad edilmə sazişi turist axınının artmasına, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcək.

Fuad Nağıyev əlavə edib ki, Çin Azərbaycan üçün prioritet turizm bazarlarından biridir və ölkəmizin turizm potensialının tanıdılması məqsədilə müxtəlif tədbirlər, sərgilər və təqdimatlar həyata keçirilib. Həmçinin birbaşa uçuşların sayının artması da turizmin inkişafına müsbət təsir göstərir.

DOĞRU.AZ

image-img-20250827-wa0106 image-img-20250827-wa0108 image-img-20250827-wa0107 image-img-20250827-wa0111

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki