image-2000x150px
image-123
image-ads_atlas
image-b0f92d2f-9e44-3a71-b5c9-2d1d1063c712_850backend

Azərbaycanın etibarlı tərəfdaş olduğunu dünyaya göstərmək üçün əlverişli müzakirə platforması 

image-728x90px

“Davos İqtisadi Forumu Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli müzakirə platformalarından biri kimi qiymətləndirilməlidir”.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) departament rəhbəri Seymur Əliyev deyib.

O vurğulayıb ki, Dünya İqtisadi Forumu qlobal müzakirə platforması kimi özünü təsdiq etmiş və dünya iqtisadiyyatının oyunçuları tərəfindən qəbul edilən mühüm bir təsisatdır:

“Bu təsisatın ən önəmli özəlliklərindən biri heç şübhəsiz müzakirələrin dünyanın aparıcı mütəxəssisləri tərəfindən yaradılmış işçi qruplarının hazırladıqları tədqiqatlar əsasında təşkil edilməsidir. Bir növ qlobal iqtisadiyyatın data əsaslı tədqiqatlarla dizaynı təşviq edilməkdədir. Hesab edirik ki, bu məqam istər milli, istər regional və istərsə də qlobal siyasət təşəbbüsləri baxımından olduqca önəmlidir.

Ölkəmizin bu platformada iştirakına gəldikdə, bildiyiniz kimi, ölkə başçısının rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti davamlı olaraq Davos platformasında dəyişən dünya çağırışları fonunda Azərbaycanın dövlət maraqları və mövqeyini təmsil edir”.

S.Əliyev bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan desk analizin ilkin nəticələri bizə bəzi məqamları ön plana çıxarmaq imkanı verir. Belə ki, 37-ci Zirvə Toplantısından (2007-ci il) etibarən ardıcıl olaraq 50-ci Zirvə Toplantısına (2020) qədər 14 Forumda iştirak edən Prezident İlham Əliyev 25 fərqli tematik sessiyada iştirak edib:

“Sözügedən 14 Forum çərçivəsində Prezident tərəfindən 100-ün üzərində üst səviyyəli dövlət və müxtəlif beynəlxalq təşkilat rəsmiləri ilə işgüzar görüşlər keçirilmişdir. Hansı ki, bu görüşlərin 31-i Prezident, 19-u Baş nazir olmaqla yanaşı Dünya Bankı, AYİB və s. beynəlxalq iqtisadi institutların ali rəhbərliyi səviyyəsində keçirilib.

Bununla yanaşı Prezident Əliyev qlobal biznes təmsilçiləri ilə ümumilikdə təqribən 97 görüş keçirib. Bu görüşlərdə iştirak edən biznes strukturlar arasında enerji və yüksək texnologiya şirkətlərinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə üstünlük təşkil edib”.

Departament rəhbərinin sözlərinə görə, Prezidentin iştirak etdiyi sessiyaların tematikasının təhlili də çox maraqlı nəticələr doğurur:

“Aparılan təhlillər göstərir ki, dövlət başçısı ölkə maraqlarını qlobal və həmçinin regional maraqlarla uzlaşdırmaq xəttini stabil olaraq diqqət mərkəzində saxlayıb. Məsələn, hələ 2014-cü ildə “Böhran sonrası dünya yenidən dizayn olunarkən” devizi ilə təşkil olunan 44-cü Davos Forumunda Prezident İlham Əliyev “Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol” mövzusunda təşkil olunmuş sessiyada iştirak etmiş və bu çərçivədə ölkəmizin mümkün potensialını və niyyətini açıq şəkildə bəyan edib. Bu gün isə biz Davosda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” sessiyasında orta dəhlizdə yerləşən ölkə olaraq Azərbaycanın geostrateji mövqeyi və oyunqurucu dövlət statusunun əksəriyyət tərəfindən qəbul edildiyini və Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında əlaqələrin dərinləşdirilməsində açar ölkə olduğunun açıq tezislərlə dilə gətirildiyini görürük.

Digər tərəfdən əgər 2016-cı ildə əsas mövzusu “Dördüncü sənaye inqilabına hakim olmaq” kimi müəyyənləşdirilmiş 46-cı Davos İqtisadi Forumunda Prezident Əliyevin “Yeni enerji tarazlığı” mövzusunda keçirilmiş sessiyada iştirak edərək milli və regional maraqlar çərçivəsində strateji konturları açıq şəkildə səsləndirdiyini müşahidə edilirdisə, bu günlərdə keçirilən 53-cü Davos İqtisadi Forumunda artıq “Yeni enerji reallığının istiqamətlənməsi” mövzusundakı sessiyada Prezident öz strateji vizyonu ilə haqlı olduğunu bütün dünyaya nümayiş etdirir.

Bütün bu və eləcə də digər məqamları ümumiləşdirərək hesab edirik ki, Davos İqtisadi Forumu Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli müzakirə platformalarından biri kimi qiymətləndirilməlidir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki