image-n1karobka_ads
image-123
image-17616427442355524086_1200x630backend

Şuşa məscidi üçün dünyanın ən böyük dairəvi xalçası toxunur – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, adıçəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. “Qarabağ” qrupuna aid, “Xətai” xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalça üzərində işə ötən ilin dekabrından başlanılıb.

Oktyabrın 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.

Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.

DOĞRU.AZ

image-17616427443899221966_1200x630 image-17616427444090727410_1200x630 image-17616427445766329169_1200x630 image-17616427441225558392_1200x630 image-1761642744622329271_1200x630 image-17616427442929860185_1200x630 image-1761642744955111180_1200x630 image-17616427445663050179_1200x630 image-176164274452644821_1200x630 image-1761642744790810345_1200x630 image-17616427444178230694_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki