image-n1karobka_ads
image-123
image-69120cfc02e8bd3ee129e78fbackend

Donald Tramp dispetçerlərə 10 min dollarlıq bonus təklif etdi

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hava nəqliyyatının dayandırılması dövründə işləməyə davam edən dispetçerlərə 10 min dollar bonus təklif edib.

Doğru.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

“Özlərini böyük vətənpərvər kimi göstərən və “demokratik bağlanma saxtakarlığına” baxmayaraq bir gün belə məzuniyyətə çıxmayan hava nəqliyyatı dispetçerlərinə ölkəmizə xidmətlərinə görə 10.000 dollar bonus təklif edirəm”, – Tramp yazıb.

O, həmçinin dispetçerləri dərhal işə qayıtmağa çağırıb və xəbərdarlıq edib ki, buna əməl etməyənlər cərimələnə bilərlər.

Xatırladaq ki, Tramp daha əvvəl idxal rüsumlarından əldə olunan gəlirdən, yüksək gəlirli vətəndaşlar istisna olmaqla, hər bir amerikalıya 2000 dollar ödəmək vədini vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki