image-n1karobka_ads
image-123
image-17620212681780155277_1200x630backend

YARAT-da “Nəfəs – söz və səsin vəhdəti” layihəsi təqdim olunub – FOTO

image-ad_qayo_720x110px

YARAT Müasir İncəsənət Mərkəzində “Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq qruplarının ifasında səslənən etnik melodiyalar və melodramatik deklamasiya mənəvi vəhdət, dərinlik və təfəkkür atmosferi yaradıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində şair və SÖZ multidisiplinar mərkəzinin yaradıcısı Nigar Həsənzadə bildirib ki, layihənin ideyası “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına dəvət alındıqdan dərhal sonra yaranıb.

Performansın fəlsəfəsindən danışan N.Həsənzadə qeyd edib ki, layihə mistik musiqi, poeziya və insan səsinin gücünü birləşdirir.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Art Weekend” festivalı ilk dəfə olaraq Bakıda reallaşır və noyabrın 2-dək davam edəcək.

DOĞRU.AZ

image-17620212681187322494_1200x630 image-17620212685467141531_1200x630 image-17620212685353535468_1200x630 image-1762021268157752480_1200x630 image-17620212685955643711_1200x630 image-1762021268453002810_1200x630 image-17620212682440339562_1200x630 image-17620212683636458201_1200x630 image-17620212683146245761_1200x630 image-1762021268714611580_1200x630 image-17620212683446341403_1200x630 image-1762021268194543623_1200x630 image-1762021268213621807_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki