image-n1karobka_ads
image-123
image-691290d702e8bd2e28198408backend

Güclü siklon Kamçatkanı vurdu

image-ad_qayo_720x110px

Kamçatkaya güclü qar yağan siklon ciddi fəsadlar yaradıb.

Doğru.az xəbər verir ki, regional Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə bağlı rayonlar üçün tufan, bəzi rayon və dağlıq ərazilər üçün isə qar uçqunu xəbərdarlığı verib. Nazirlik bildirib:

 “Mənfi hava şəraiti kompleksi ilə bağlı tufan xəbərdarlığı verilib… Xilasedicilər yüksək hazırlıq vəziyyətinə gətirilib.”

Departamentin məlumatına görə, noyabrın 11-də Petropavlovsk-Kamçatskidəki məktəblərdə birinci növbədə, həmçinin Pionerskaya və Naqornenskaya məktəblərində bütün növbələr üzrə dərslər ləğv edilib.

Regional hökumət isə bütün müəssisə və təşkilatlara işçilərini uzaqdan işə keçirməyi tövsiyə edib.

Qeyd edək ki, Kamçatkada son bir həftə ərzində 30 əhəmiyyətli zəlzələ qeydə alınmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki