Serbiya parlamentinin sədri Ana Brnabiç Kiyevə işgüzar səfər edib və Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla görüşüb.
Doğru.az xəbər verir ki, görüş zamanı Brnabiç iki ölkə parlamentləri arasındakı əməkdaşlığın möhkəmlənməsinə işarə edib və Stefançuku Serbiyaya səfərə dəvət edib.
Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub, onlar iki ölkə arasında münasibətlərin inkişafını müzakirə ediblər.
DOĞRU.AZ




























