Suriya ABŞ-la inkişaf strategiyası üzərində qurulacaq yeni dövrə qədəm qoyub.
Doğru.az xəbər verir ki, bu barədə ölkənin keçid dövrü prezidenti Əhməd əl-Şaraa Fox News telekanalına müsahibəsində bildirib:
“Suriya artıq təhlükəsizliyə təhdid kimi görünmür — o, indi geosiyasi müttəfiqdir və ABŞ-ın böyük investisiya layihələrini həyata keçirə biləcəyi ölkədir.”
Sabiq prezidentin sözlərinə görə, bu əməkdaşlıq xüsusilə qaz hasilatı sektorunda aparılan layihələri əhatə edir.
Qeyd olunur ki, noyabrın 9-da əl-Şaraa ABŞ-a rəsmi səfər edib. Daha sonra SANA xəbər agentliyi məlumat verib ki, əl-Şaraa və ABŞ lideri Donald Tramp Suriya və ABŞ arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
DOĞRU.AZ




























