Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Nəqliyyat Forumu (International Transport Forum), aviasiya forumu və “TransLogistica Uzbekistan 2025” sərgisi açılıb.
Doğru.az xəbər verir ki, açılış mərasimində çıxış edən Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov bu tədbirlərin nəqliyyat və logistika sisteminin inkişafı, regional əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Nazirin sözlərinə görə, forum hökumət və beynəlxalq təşkilatların nümayəndələrini, işgüzar dairələri və aparıcı mütəxəssisləri bir araya gətirərək sahədəki aktual məsələlərin hərtərəfli müzakirəsinə imkan yaradır.
Qeyd edək ki, forum və sərgidə Özbəkistan, Qırğızıstan, Tacikistan, Pakistan, Azərbaycan, Qazaxıstan və Türkiyə rəsmiləri də iştirak edirlər.
DOĞRU.AZ




























