BRUZZ nəşri xəbər verir ki, Belçikada “TRUMP” (Tous Réunis pour l’Union des Mouvements Populistes – “Populist Hərəkatlar İttifaqı üçün Birlik”) adlı yeni fransızdilli ifrat sağçı partiya təsis edilib. Partiyanın qurucusu və lideri, Belçika Milli Cəbhəsinin keçmiş sədri Salvatore Nikotra bildirib: “ABŞ Prezidenti Donald Tramp populizmin əsas simvoludur. O, bizim tərəfdar olduğumuzu birbaşa təcəssüm etdirir”.
Doğru.az xəbər verir ki, TRUMP partiyası 2024-cü ilin iyununda keçirilən seçkilərdə iştirak etmiş, lakin seçki baryerini keçə bilməyən ifrat sağçı Chez Nous (“Evimiz”) partiyasının siyasi davamıdır.
Qeyd edək ki, oktyabrın sonunda Argentina prezidenti Xavyer Maylinin partiyası seçkilərdə inamlı qələbə qazanıb.
DOĞRU.AZ




























