image-ads_n1karobka_mobile
image-6911ee42ae5ac912ff623c16backend

LUKOIL İraqın Qərbi Qurna-2 yatağında fors-major elan edib

image-add-a-heading

LUKOIL şirkəti sanksiyalara görə İraqın Qərbi Qurna-2 neft yatağında fors-major vəziyyət elan edib.

Doğru.az xəbər verir ki, şirkət İraq Neft Nazirliyinə məktub göndərərək bildirib ki, fors-major hallar yataqda normal fəaliyyətin davamına mane olur.

Mənbələr qeyd edir ki, əgər yaxın altı ay ərzində səbəblər aradan qaldırılmasa, LUKOIL hasilatı tam dayandırmaq məcburiyyətində qalacaq. Eyni zamanda, İraqın şirkətə nağd ödənişləri dayandırdığı bildirilir.

Qərbi Qurna-2 dünyanın ən böyük neft yataqlarından biridir və İraqın ümumi neft hasilatının təxminən 9%-ni təşkil edir.

Bundan əvvəl Bolqarıstan Prezidenti Rumen Radev LUKOIL-in ölkədəki aktivlərinin satışını tənzimləyən qanun layihəsinə veto qoymuşdu.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki