Misirin Qırmızı dəniz əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Doğru.az xəbər verir ki, yük maşını Qahirəyə gedən turist avtobusu ilə toqquşub. Al Masry Al Youm qəzetinin məlumatına görə, qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 2 nəfər həlak olub, 34-ü xarici vətəndaş olmaqla 36 nəfər yaralanıb.
Hazırda yaralı turistlərin şəxsiyyəti müəyyənləşdirilir. Qəza zamanı avtobus Hurqadadan Qahirəyə — arxeoloji və turistik yerləri ziyarət etməyə gedən turistləri daşıyırmış.
Qeyd edək ki, bundan öncə, oktyabrın 12-nə keçən gecə Qəzza zolağında atəşkəs sammiti ərəfəsində Şarm əl-Şeyxdə baş verən başqa bir yol qəzasında 3 Qətər diplomatı həlak olmuş, 2 nəfər isə yaralanmışdı.
DOĞRU.AZ




























