image-n1karobka_ads
image-123
image-17620260431659227990_1200x630backend

“Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində sərgilər açılıb – FOTO 

image-ad_qayo_720x110px

Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər

Bakının mədəni həyatını zənginləşdirən “Art Weekend” festivalı çərçivəsində Daş Salnamə Muzeyində “Baku Steel Art 2025” və “Son dalğa” adlı sərgilər açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Qonaqlar sərgi ilə tanış olublar.

“Baku Steel Art 2025” sərgisi poladla sənətin görüş nöqtəsi, gələcək nəsillərə ilham verəcək bir yaradıcılıq körpüsüdür. Nümayiş olunan işlərdə texnologiyanın sərtliyi ilə yaradıcılığın zərifliyi bir araya gəlir. Sərgidə sənətkarlar polada yeni nəfəs verərək, onu orijinal və unikal sənət əsərlərinə çeviriblər. Müxtəlif bədii yanaşmalarla yaradılan heykəltaraşlıq nümunələri poladla sənətin estetik dəyərlərini birləşdirir və müasir incəsənətin yeni ifadə formalarını ortaya qoyur.

Sərgidə yer alan “Lövbər” əsərinin müəllifi Zamik Rzayev AZƏRTAC-a açıqlamasında öz əl işi barədə məlumat verib. “Xəzər dənizinin qurumasından təsirlənərək bu əsəri yaratmışam. Göründüyü kimi lövbər kənarda yerləşir və aşağı hissədə güzgüdən istifadə olunub. Bunun səbəbi hər kəsin ekologiyanın gözəlləşdirilməsi ilə bağlı empatiya qurmasına şərait yaratmaqdır. Əsas məqsədimiz təbiəti qorumağın, tullantılara yeni həyat verməyin və incəsənətlə harmoniyada yaşamağın vacibliyini nümayiş etdirməkdir. Bu əsər 10 gün ərzində səylə çalışmağın nəticəsində ərsəyə gəlib”,- deyə Z.Rzayev əlavə edib.

Rumıniyalı heykəltaraş, “Torpaq və od” əsərinin müəllifi Çiprian Hopirtean isə sərgidə təqdim etdiyi işin müharibənin hekayəsindən bəhs etdiyini vurğulayıb. Bu layihənin Ağdam Cümə Məscidinin bərpası üzərində iki illik təcrübə əsasında formalaşdığını diqqətə çatdıran heykəltaraş deyib: “Məscidin divarları güllə izləri və yanıq ləkələri ilə doludur. Çünki orada müharibə nələr edə biləcəyinin şahidi oldum”.

“Son dalğa” adlı sərgidə heykəltaraşlıq və instalyasiya əsərləri ilə tanınan Elvin Nəbizadənin kinetik instalyasiyası təqdim olunub. Əsər səs və hərəkət arasında açılan iki paralel dünyaya dəvət edir.

“Son dalğa” iki monumental çərçivə zərb alətindən ibarət kinetik bir quraşdırmadır və ayrı-ayrı otaqlarda asılıb. Tavandan asılan zərb alətləri yavaş və ritmik hərəkətə gətirilir. Hərəkət dənizin nəfəsi kimi incə, lakin davamlıdır. Quraşdırma soyuq və isti atmosferdə açılır. İlk otaqda mavi-ağ işıqla dolu, dəniz sakit və uzaq görünür. Qışın donmuş sakitliyi havada qalır, təbiətin dinc ritmini daşıyır. Dalğaların səsi uzaqdan gələn bir əks kimi eşidilir. İkinci otaqda isə işıq qızılı və canlı, yay günəşinin parıltısı, hərəkətli sudakı parıltı kimidir. Mexaniki ritm daha qabarıqdır, dənizi canlandıran və hərəkətə gətirən istiliyi çağırır. Bu iki dünya arasında dialoq yaranır. Eyni səs iki fərqli əhvalda, eyni dəniz iki mövsüm boyu nəfəs alır.

DOĞRU.AZ

image-17620260433782310875_1200x630 image-17620260433084756671_1200x630 image-17620260435372057927_1200x630 image-17620260435648017864_1200x630 image-1762026043582435992_1200x630 image-17620260434667628079_1200x630 image-176202604344917336_1200x630 image-17620260433329061085_1200x630 image-17620260433679840389_1200x630 image-17620260431973623176_1200x630 image-1762026043991230888_1200x630 image-176202604328735884_1200x630 image-1762026043935626325_1200x630 image-1762026043198138356_1200x630 image-17620260434044126806_1200x630 image-17620260436004245393_1200x630 image-17620260435891926389_1200x630 image-176202604342056134_1200x630 image-176202604348199233_1200x630 image-17620260431625915774_1200x630 image-17620260431423145615_1200x630 image-17620260431395330731_1200x630 image-1762026043777344786_1200x630 image-17620260433567016854_1200x630 image-1762026043269176944_1200x630 image-1762026043255063093_1200x630 image-1762026043313249347_1200x630 image-17620260434619364771_1200x630 image-17620260432178162341_1200x630 image-1762026043745110321_1200x630 image-17620260436333314000_1200x630 image-17620260433180356770_1200x630 image-17620260434611348612_1200x630 image-17620260434526435022_1200x630 image-176202604313492618_1200x630 image-17620260436312232852_1200x630 image-1762026043359441769_1200x630 image-17620260436393625243_1200x630 image-17620260433043342758_1200x630 image-1762026043578417104_1200x630 image-1762026043311056448_1200x630 image-17620260431511860743_1200x630 image-17620260431090226851_1200x630 image-17620260433927858242_1200x630 image-1762026043221437613_1200x630 image-17620260435144457808_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki