image-2000x150px
image-123
image-ads_atlas
image-23390874-9f7a-4abf-8f31-2a5b9eb11ca3backend

Azərbaycanın turizm imkanları Körfəz ölkələrində nümayiş etdirilib 

image-728x90px

Azərbaycanın turizm imkanları Körfəz ölkələrində nümayiş etdirilib

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, 10 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Azərbaycanın turizm imkanları Körfəz ölkələrində təbliğ edilib.

Belə ki, 27 fevral – 2 mart tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad, Omanın Muskat, Qətərin Doha, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində silsilə tədbirlər keçirilib.

Tədbirlərdə həmin ölkələrin ümumilikdə 200-dən çox turizm sənayesi təmsilçisi iştirak edib və onlar Azərbaycanda təklif olunan turizm məhsulları, səyahət paketləri, ölkəyə səyahət şərtləri ilə tanış ediliblər.

Tədbirlər çərçivəsində ölkəmizi təmsil edən turizm sənayesi nümayəndələri ilə ev sahibi ölkələrin sənaye nümayəndələri arasında B2B formatlı görüşlər keçirilib, onların maraq doğuran sualları cavablandırılıb.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilmiş təqdimat tədbiri “FlyNas”, Doha və Dubayda keçirilən tədbirlər isə “FlyDubai” tərəfindən dəstəklənib.

Qeyd edək ki, 2022-ci ildə Səudiyyə Ərəbistanı, Oman, Qətər və BƏƏ-dən Azərbaycana səfər edənlərin sayı 159 254 nəfər təşkil edib ki, bu da həmin il üzrə ölkəmizə səfər edən əcnəbilərin 11.5%-ni təşkil edir.

DOĞRU.AZ

image-6b682665-04dc-47fc-9c5f-1c0b3fb51716 image-2738fec7-e1a7-4ea2-8a9e-1b9135df174c image-6043f915-5a62-4732-be75-241872b508b7 image-227072c7-7ed4-4f34-a78d-d2b4a087c7fd

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki